Fatir surəsi, ayə 32

35:32

ثُمَّ أَوۡرَثۡنَا ٱلۡكِتَٰبَ ٱلَّذِينَ ٱصۡطَفَيۡنَا مِنۡ عِبَادِنَاۖ فَمِنۡهُمۡ ظَالِمٞ لِّنَفۡسِهِۦ وَمِنۡهُم مُّقۡتَصِدٞ وَمِنۡهُمۡ سَابِقُۢ بِٱلۡخَيۡرَٰتِ بِإِذۡنِ ٱللَّهِۚ ذَٰلِكَ هُوَ ٱلۡفَضۡلُ ٱلۡكَبِيرُ ٣٢

Thumma awrathnal-kitābal-ladhīnastafaynā min 'ibādinā faminhum zālimul linafsihī waminhum muqtasidun waminhum sābiqu bil-khayrāti bi idhnillāhi dhālika huwal-fadlul-kabīr

Sonra, Kitabı qullarımızdan seçdiklərimizə miras etdik. Onlardan kimisi özünə zülm edər, kimisi orta yol tutar, kimisi də Allahın izni ilə yaxşı işlərdə öndə gedər. Böyük lütf də budur.

Təfsir

Sonra, Biz ümmətlər arasından seçdiyimiz Muhəmmədin (sallallahu aleyhi və səlləm) ümmətinə Quranı mi­ras et­dik. Onlar­dan kimisi haram işlər görməklə və vacibləri tərk etməklə özü­nə zülm edər, kimisi vacibləri yerinə yetirməklə və haram işlərdən çəkinməklə, habelə, bununla yanaşı bəzi müstəhəbləri tərk etməklə və bəzi məkruhları etməklə or­ta yol tutar, ki­mi­si də Allahın izni ilə vacibləri və müstəhəbləri yerinə yetirməklə, habelə, haram və məkruh işlərdən çəkinməklə xeyirli işlərdə öndə gedər. Bu deyilənlər, - bu ümmətin seçilməsi və Quranın onlara verilməsi, - bənzəri olmayan bö­yük lütfdür.