فَبِمَا رَحۡمَةٖ مِّنَ ٱللَّهِ لِنتَ لَهُمۡۖ وَلَوۡ كُنتَ فَظًّا غَلِيظَ ٱلۡقَلۡبِ لَٱنفَضُّواْ مِنۡ حَوۡلِكَۖ فَٱعۡفُ عَنۡهُمۡ وَٱسۡتَغۡفِرۡ لَهُمۡ وَشَاوِرۡهُمۡ فِي ٱلۡأَمۡرِۖ فَإِذَا عَزَمۡتَ فَتَوَكَّلۡ عَلَى ٱللَّهِۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلۡمُتَوَكِّلِينَ ١٥٩
Fabimā rahmatim minallāhi linta lahum walaw kunta fazzan ghalīzal-qalbi lanfaddū min hawlika fa'fu 'anhum wastaghfir lahum washāwirhum fil-amri fa idhā 'azamta fatawakkal 'alallāhi innallāha yuhibbul-mutawakkilīn
Allahın mərhəməti sayəsində sən onlarla mülayim rəftar etdin. Əgər kobud və daş qəlbli olsaydın, heç şübhəsiz, onlar sənin ətrafından dağılıb gedərdilər. Elə isə onları əfv et, onlar üçün (Allahdan) bağışlanma dilə və (görəcəyin) işlər barədə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevər.
Təfsir
Ey Peyğəmbər! Allahın mərhəməti sayəsində sən səhabələrinə gözəl əxlaqla rəftar etdin. Əgər sən söz və əməlində kobud və daş qəlbli olsaydın, heç şübhəsiz, onlar sənin ətrafından dağılıb gedərdilər. Elə isə onların sənə qarşı haqsızlıq etdiklərini əfv et, onlar üçün Allahdan bağışlanma dilə və görəcəyin işlər barədə ehtiyac olarsa, onlarla məsləhətləş, məsləhətləşdikdən sonra qəti qərara gəldikdə isə o işi edib Allaha təvəkkül et! Həqiqətən, Allah təvəkkül edənləri sevər, işlərində müvəffəq edər və onlara yardımçı olar.