Az-Zukhruf surəsi, ayə 58

43:58

وَقَالُوٓاْ ءَأَٰلِهَتُنَا خَيۡرٌ أَمۡ هُوَۚ مَا ضَرَبُوهُ لَكَ إِلَّا جَدَلَۢاۚ بَلۡ هُمۡ قَوۡمٌ خَصِمُونَ ٥٨

Waqālū a'ālihatunā khayrun am huwa mā darabūhu laka illā jadalā bal hum qawmun khasimūn

Onlar dedilər: “Bizim ilahlarımız yaxşıdır, yoxsa o (Məryəm oğlu İsa)?” Onlar bunu sənə yalnız höcət etmək üçün dedilər. Doğrusu, onlar höcətləşən bir qövmdür.

Təfsir

Onlar dedilər: “Bizim məbudlarımız yaxşıdır, yoxsa İsa?!” İbn Zibəranin və onun bənzərləri bu misalı sə­nə haqqı bəlli etmək eşqinə yox, yalnız mübahisə etmək eşqinə dedilər. Doğrusu, onlar xilqətcə mübahisəyə can atan bir kimsələrdir.