At-Tawbah surəsi, ayə 97

9:97

ٱلۡأَعۡرَابُ أَشَدُّ كُفۡرٗا وَنِفَاقٗا وَأَجۡدَرُ أَلَّا يَعۡلَمُواْ حُدُودَ مَآ أَنزَلَ ٱللَّهُ عَلَىٰ رَسُولِهِۦۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٞ ٩٧

Al-a'rābu ashaddu kufran wanifāqan wa ajdaru allā ya'lamū hudūda mā anzalallāhu 'alā rasūlihī wallāhu 'alīmun hakīm

Bədəvilər küfr və nifaq baxımından daha betər, Allahın Öz Rəsuluna nazil etdiyi hökmləri bilməməyə daha layiqdirlər. Allah (hər şeyi) biləndir, hikmət sahibidir.

Təfsir

Səhrada yaşayan ərəblər küfr və ya nifaq əməllər edərlərsə, onların küfrr və ya nifaq əməlləri cəmiyyət içərisində yaşayan insanların küfr və ya nifaq əməllərindən daha be­tər olar. Onlar həm kobud, həm də insanlarla az ünsiyyətdə olduqları üçün dini başa düşməməyə, Allahın Öz el­çi­sinə (sallallahu aleyhi və səlləm) nazil et­diyi fərzləri, sünnənləri və şəri hökmləri bilməməyə da­ha meyl­li­dir­lər. Allah onların halını daha yaxşı biləndir. O, Öz işlərində və şəri hökmlərində hikmət sahibidir.