At-Tawbah surəsi, ayə 96

9:96

يَحۡلِفُونَ لَكُمۡ لِتَرۡضَوۡاْ عَنۡهُمۡۖ فَإِن تَرۡضَوۡاْ عَنۡهُمۡ فَإِنَّ ٱللَّهَ لَا يَرۡضَىٰ عَنِ ٱلۡقَوۡمِ ٱلۡفَٰسِقِينَ ٩٦

Yahlifūna lakum litardaw 'anhum fa in tardaw 'anhum fa innallāha lā yardā 'anil-qawmil-fāsiqīn

Onlardan razı qalasınız deyə, (qarşınızda) and içəcəklər. Siz onlardan razı qalsanız da, Allah fasiq qövmdən razı qalmaz.

Təfsir

Ey möminlər! Cihada çıxmayıb geridə qalan münafiqlər, onlardan razı qalıb, gətirdikləri üzürlərə inanasız deyə qarşınızda Allaha and içəcəklər. Siz onlardan razı qalmayın. Əgər razı qalarsınızsa, bu zaman Rəbbinizin əmrinə müxalif olarsınız. Çünki Allah küfür və nifaq əməllər edib, Onun itaətindən çıxan bir qövmdən əsla razı qal­maz. Ey müsəlmanlar! Elə isə siz, Allahın razı qalmadığı kimsədən razı qamaqdan çəkinin!