At-Tawbah surəsi, ayə 92

9:92

وَلَا عَلَى ٱلَّذِينَ إِذَا مَآ أَتَوۡكَ لِتَحۡمِلَهُمۡ قُلۡتَ لَآ أَجِدُ مَآ أَحۡمِلُكُمۡ عَلَيۡهِ تَوَلَّواْ وَّأَعۡيُنُهُمۡ تَفِيضُ مِنَ ٱلدَّمۡعِ حَزَنًا أَلَّا يَجِدُواْ مَا يُنفِقُونَ ٩٢

Walā 'alal-ladhīna idhā mā atawka litahmilahum qulta lā ajidu mā ahmilukum 'alayhi tawallaw wwa a'yunuhum tafīdu minad-dam'i hazanan allā yajidū mā yunfiqūn

Miniklə təmin edəsən deyə sənin yanına gəldikdə: “Sizin üçün minik tapa bilmirəm”– dediyin zaman (cihad yolunda) xərcləməyə bir şey tapa bilmədiklərindən ötrü kədərlənib gözləri dolmuş halda geri dönənlərdə heç bir günah yoxdur.

Təfsir

Ey Peyğəmbər! Miniklə təmin edəsən de­yə sənin yanına gəldikdə: "Si­zin üçün minik ta­pa bilmi­rəm" – de­diyin zaman cihad üçün nə özlərində, nə də ki, səndə, xərc­lə­mə­yə bir şey tapa bil­mə­dik­lə­rindən ötrü kədərlə­nib, təəssüf hissi keçirərək, göz­ləri yaşla dol­muş hal­da geri dö­nüb, cihada çıxa bilməyib geridə qalan kimsələrə də heç bir günah yoxdur.