لَّيۡسَ عَلَى ٱلضُّعَفَآءِ وَلَا عَلَى ٱلۡمَرۡضَىٰ وَلَا عَلَى ٱلَّذِينَ لَا يَجِدُونَ مَا يُنفِقُونَ حَرَجٌ إِذَا نَصَحُواْ لِلَّهِ وَرَسُولِهِۦۚ مَا عَلَى ٱلۡمُحۡسِنِينَ مِن سَبِيلٖۚ وَٱللَّهُ غَفُورٞ رَّحِيمٞ ٩١
Llaysa 'alad-du'afā'i walā 'alal-mardā walā 'alal-ladhīna lā yajidūna mā yunfiqūna harajun idhā nasahū lillāhi warasūlihī mā 'alal-muhsinīna min sabīlin wallāhu ghafūrur rahīm
Allaha və Onun Rəsuluna sadiq qalacaqları təqdirdə acizlərə (qadınlara, uşaqlara), xəstələrə (qocalara, korlara, çolaqlara və s. bu kimi kimsələrə) və (döyüşdə) vuruşmağa bir şey tapa bilməyənlərə (evdə qalmaqda) heç bir günah yoxdur. Yaxşı işlər görənlərə məzəmmət etməyə də əsas yoxdur. Allah Bağışlayandır, Rəhmlidir.
Təfsir
Allaha ixlasla ibadət edib, Onun Elçisinə tabe olub və onun şəriətinə əməl edəcəkləri təqdirdə qadınlara, uşaqlara, xəstələrə, acizlərə, korlara və döyüşdə vuruşmağa vəsait tapa bilməyən fəqirlərə və bütün bu kimsələrin hamısının evində qalıb, döyüşə çıxmamasında heç bir günah yoxdur. Çünki onlar sözün həqiqi mənasında üzürlü insanlardırlar. Bu üzürlü insanlardan yaxşı işlər görənlərə əzab verməyə isə heç bir əsas yoxdur. Allah yaxşı işlər görənləri bağışlayandır və onlara qarşı rəhmlidir.