At-Tawbah surəsi, ayə 93

9:93

۞ إِنَّمَا ٱلسَّبِيلُ عَلَى ٱلَّذِينَ يَسۡتَـٔۡذِنُونَكَ وَهُمۡ أَغۡنِيَآءُۚ رَضُواْ بِأَن يَكُونُواْ مَعَ ٱلۡخَوَالِفِ وَطَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمۡ فَهُمۡ لَا يَعۡلَمُونَ ٩٣

Innamas-sabīlu 'alal-ladhīna yasta'dhinūnaka wahum aghniyā'u radū bi an yakūnū ma'al-khawālifi wataba'allāhu 'alā qulūbihim fahum lā ya'lamūn

Yalnız varlı olduqları halda (evdə qalmaq üçün) səndən icazə almağa gələnlər məzəmmətə layiqdirlər. Onlar arxada qalanlarla (qadınlar və uşaqlarla) birgə daldalanmağa razılaşdılar. Allah onların qəlbini möhürləmişdir. Məhz bu səbəbdən onlar (özlərinin aqibətini) bilməzlər.

Təfsir

Uca Allah yuxarıda keçən ayələrdə üzürlü səbəbdən Allah yolunda cihada çıxa bilməyib, geridə qalan kimsələrə əzab verilməyəcəyini xəbər verdikdən sonra, kimlərin Allahın əzabına layiq olduqlarını xəbər verərək belə demişdir: "Ey Peyğəmbər! Əzab yalnız cihad çıxmağa fiziki və maddi baxımından imkanları olduqları bir halda evdə qalmaq üçün səndən izin istəyənlərə veriləcəkdir. Çünki onlar cihada çıxmayıb evlərində qərar tutmağı üstün görərək, özlərinin zəlil və alçaq olmalarına razı oldular. Allah onlarların qəlbinə möhür vurdu. Odur ki, onlara öyüd-nəsihət təsir etməz. Elə buna görə də onlar, nəyin onlara fayda verdiyini bilmirlər ki, onu seçib götürsünlər, nəyin də onlara zərər verdiyini bilmirlər ki, özlərini ondan qoruya bilsinlər.