At-Tawbah surəsi, ayə 90

9:90

وَجَآءَ ٱلۡمُعَذِّرُونَ مِنَ ٱلۡأَعۡرَابِ لِيُؤۡذَنَ لَهُمۡ وَقَعَدَ ٱلَّذِينَ كَذَبُواْ ٱللَّهَ وَرَسُولَهُۥۚ سَيُصِيبُ ٱلَّذِينَ كَفَرُواْ مِنۡهُمۡ عَذَابٌ أَلِيمٞ ٩٠

Wajā'al-mu'addhirūna minal-a'rābi liyu'dhana lahum waqa'adal-ladhīna kadhabullāha warasūlahū sayusībul-ladhīna kafarū minhum 'adhābun alīm

Bədəvilərdən üzrlü olduqlarını iddia edənlər (evdə qalmaq üçün) onlara icazə verilsin deyə (Peyğəmbərin yanına) gəldilər. Allaha və Onun Rəsuluna yalan söyləyənlər isə (üzr istəmədən evlərində) oturdular. Onlardan kafir olanlara ağrılı-acılı bir əzab üz verəcəkdir.

Təfsir

Mədinə və Mədinənin ətrafında yaşayan bədəvilərdən bir qisim insanlar Peyğəmbərin (sallallahu aleyhi və səlləm) yanına gəlib, üzrlü olduqlarını iddia edərək, Allah yolunda cihada çıxmayıb evlərində qal­maq üçün Peyğəmbərdən (sallallahu aleyhi və səlləm) onlara ica­zə verməsini istədilər. Başqa bir qisim insanlar isə Peyğəmbərə və Allahın vədinə inanmadıqlarına görə cihada çıxmayıb evlərində qalmaları üçün heç Peyğəmbərin yanına gəlib icazə də istəmədilər. Etidkləri bu küfürlərinə görə olan­lara ağ­rılı-acılı əzab veriləcəkdir.