At-Tawbah surəsi, ayə 34

9:34

۞ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓاْ إِنَّ كَثِيرٗا مِّنَ ٱلۡأَحۡبَارِ وَٱلرُّهۡبَانِ لَيَأۡكُلُونَ أَمۡوَٰلَ ٱلنَّاسِ بِٱلۡبَٰطِلِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِۗ وَٱلَّذِينَ يَكۡنِزُونَ ٱلذَّهَبَ وَٱلۡفِضَّةَ وَلَا يُنفِقُونَهَا فِي سَبِيلِ ٱللَّهِ فَبَشِّرۡهُم بِعَذَابٍ أَلِيمٖ ٣٤

Yā'ayyuhal-ladhīna āmanū inna kathīram minal-ahbāri war-ruhbāni laya'kulūna amwālan-nāsi bil-bātili wayasuddūna 'an sabīlillāhi walladhīna yaknizūnadh-dhahaba wal-fiddata walā yunfiqūnahā fī sabīlillāhi fabasshirhum bi'adhābin alīm

Ey iman gətirənlər! Alimlərindən və rahiblərdən bir çoxu insanların mallarını haqsız olaraq yeyir və (onları) Allah yolundan döndərirlər. Qızıl-gümüş yığıb onları Allah yolunda xərcləməyənləri ağrılı-acılı bir əzabla müjdələ.

Təfsir

Ey iman gətirib Allahın şəriətinə əməl edən kimsələr! Həqiqətən, yəhudi alimlərindən və nəsrani rahiblərindən bir çoxu in­san­ların mal­larını rüşvət və s. bu kimi haqsız yolla mənimsəyir və onların Allah dininə daxil olmalarına mane olurlar. Ey Peyğəmbər! Qızıl-gü­müş yı­ğıb onların zəkatını verməyən kimsələrə qiyamət günü onları məyus edəcək ağrılı-acılı əzabın olacağını xəbər ver.