At-Tariq surəsi, ayə 8

86:8

إِنَّهُۥ عَلَىٰ رَجۡعِهِۦ لَقَادِرٞ ٨

Innahū 'alā raj'ihī laqādir

Şübhəsiz ki, Allahın onu (öldükən sonra) yenidən diriltməyə qadirdir.

Təfsir

İnsanı bu dəyərsiz sudan yaratmağa qadir olan pak və müqəddəs Allah, o öldükdən sonra, onu haqq-hesaba çəkmək və ona əməllərinin əvəzini vermək üçün onu yenidən diriltməyə də qadirdir.