At-Tariq surəsi, ayə 4

86:4

إِن كُلُّ نَفۡسٖ لَّمَّا عَلَيۡهَا حَافِظٞ ٤

In kullu nafsil lammā 'alayhā hāfiz

Elə bir kimsə yoxdur ki, onun üzərində gözətçi (mələk) olmasın!

Təfsir

Elə bir kimsə yoxdur ki, Allah onun qiyamət günü haqq-hesaba çəkilməsi üçün, onun əməllərini qeydə alan gözətçi mələk təyin etməsin.