At-Taghabun surəsi, ayə 18

64:18

عَٰلِمُ ٱلۡغَيۡبِ وَٱلشَّهَٰدَةِ ٱلۡعَزِيزُ ٱلۡحَكِيمُ ١٨

'Ālimul-ghaybi wash-shahādatil-'azīzul-hakīm

(Allah) qeybi və aşkarı biləndir, Qüdrətlidir, Hikmət sahibidir.

Təfsir

Uca Allah qeybdə və aşkarda olanları biləndir. Bunlardan heç bir şey Ona gizli qalmaz. O, qüdrətlidir, heç kəs Onu məğlub edə bilməz. O, yaratmaq, şəri qanunları təyin etmək və qədəri yazmaq xüsusunda hikmət sahibidir.