إِن تُقۡرِضُواْ ٱللَّهَ قَرۡضًا حَسَنٗا يُضَٰعِفۡهُ لَكُمۡ وَيَغۡفِرۡ لَكُمۡۚ وَٱللَّهُ شَكُورٌ حَلِيمٌ ١٧
In tuqridullāha qardan hasanan yudā'ifhu lakum wayaghfir lakum wallāhu shakūrun halīm
Əgər Allaha gözəl bir borc versəniz (malınızı Onun yolunda xərcləsəniz), O bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükürün əvəzini verəndir, həlimdir.
Təfsir
Əgər siz mallarınızı Allah yolunda xərcləməklə Allaha gözəl borc versəniz, O sizin savabınızı birə on mislindən yeddi yüz mislinədək, hətta bundan daha çox qat-qat artırar və sizin günahlarınızı bağışlayar. Allah şükürün əvəzini verəndir - görülən az iş müqabilində çox mükafat verir, həlimdir - günaha görə qulunu dərhal cəzalandırmır.