Ash-Shura surəsi, ayə 37

42:37

وَٱلَّذِينَ يَجۡتَنِبُونَ كَبَٰٓئِرَ ٱلۡإِثۡمِ وَٱلۡفَوَٰحِشَ وَإِذَا مَا غَضِبُواْ هُمۡ يَغۡفِرُونَ ٣٧

Walladhīna yajtanibūna kabā'iral-ithmi wal-fawāhisha wa idhā mā ghadibū hum yaghfirūn

O kəslər ki, böyük günahlardan və çirkin əməllərdən çəkinir, qəzəbləndikləri zaman (xətanı) bağışlayırlar.

Təfsir

O kəslər ki, böyük günah­lardan və murdar əməl­lərdən uzaq durur, birisinin onlara dediyi pis sözdən və ya etdiyi pis hərəkətdən qəzəbləndikləri zaman onun xətasını bağışla­yır və buna görə onu cəzalandırmır­lar. Əgər bu bağışlamada xeyir və məsləhət varsa, o halda bu mərhəmət onlar tərəfindən bir lütfdür.