فَمَآ أُوتِيتُم مِّن شَيۡءٖ فَمَتَٰعُ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۚ وَمَا عِندَ ٱللَّهِ خَيۡرٞ وَأَبۡقَىٰ لِلَّذِينَ ءَامَنُواْ وَعَلَىٰ رَبِّهِمۡ يَتَوَكَّلُونَ ٣٦
Famā ūtītum min shay'in famatā'ul-hayawātid-dunyā wamā 'indallāhi khayrun wa abqā lilladhīna āmanū wa'alā rabbihim yatawakkalūn
Sizə verilən hər bir şey dünya həyatının keçici zövqüdür. Allahın yanında olan (nemətlər) isə daha xeyirli və daha davamlıdır. Bunlar iman gətirib və Rəbbinə təvəkkül edənlər üçündür.
Təfsir
Ey insanlar, sizə verilən mal-dövlət, yaxud şan-şöhrət, yaxud övlad dünya həyatının keçici zövqüdür. Tükənməz nemətlər isə Allahın, Ona və Onun elçilərinə iman gətirən və bütün işlərində təkcə Rəbbinə etimad edən kimsələr üçün hazırladığı Cənnət nemətləridir.