وَٱلَّذِينَ ٱسۡتَجَابُواْ لِرَبِّهِمۡ وَأَقَامُواْ ٱلصَّلَوٰةَ وَأَمۡرُهُمۡ شُورَىٰ بَيۡنَهُمۡ وَمِمَّا رَزَقۡنَٰهُمۡ يُنفِقُونَ ٣٨
Walladhīnastajābū lirabbihim wa aqāmus-salawāta wa amruhum shūrā baynahum wamimmā razaqnāhum yunfiqūn
O kəslər ki, Rəbbinin dəvətini qəbul edər, namaz qılar, işlərini öz aralarında məşvərətlə görər və onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər.
Təfsir
O kəslər ki, Rəbbinin əmrlərini yerinə yetirib qadağan etdiyi işlərdən çəkinməklə Onun çağırışını qəbul edir, namazları kamil şəkildə yerinə yetirir, özlərinə aid olan işlər barədə öz aralarında məşvərət edir və onlara verdiyimiz ruzidən Allahın üzü xatirinə xərcləyirlər.