فَاطِرُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ جَعَلَ لَكُم مِّنۡ أَنفُسِكُمۡ أَزۡوَٰجٗا وَمِنَ ٱلۡأَنۡعَٰمِ أَزۡوَٰجٗا يَذۡرَؤُكُمۡ فِيهِۚ لَيۡسَ كَمِثۡلِهِۦ شَيۡءٞۖ وَهُوَ ٱلسَّمِيعُ ٱلۡبَصِيرُ ١١
Fātirus-samāwāti wal-ardi ja'ala lakum min anfusikum azwājan waminal-an'āmi azwājan yadhra'ukum fīhi laysa kamithlihī shay'un wahuwas-samī'ul-basīr
(Allah) göyləri və yeri Yaradandır. O sizin üçün özünüzdən zövcələr, heyvanlardan da cütlər yaratdı. O sizi bu yolla çoxaldır. Onun heç bir bənzəri yoxdur. O, Eşidəndir, Görəndir.
Təfsir
Allah göyləri və yeri bənzəri olmayan bir şəkildə xəlq etmişdir. O sizin üçün özünüzdən zövcələr, dəvədən, inəkdən və qoyundan da cütlər yaratmışdır ki, sizin üçün artıb çoxalsınlar. Zövcələrinizlə ailə həyatı qurmağınızla sizin sayınızı artırır və sizi mal-qaranızın əti və südü ilə dolandırır. Məxluqat arasında Allahın heç bir bənzəri yoxdur. O, Öz qullarının nə dediklərini eşidir, nə etdiklərini də görür. Heç bir şey Onun nəzarətindən yayına bilməz. Allah onlara etdikləri əməllərin əvəzini verəcək, xeyirin əvəzinə xeyir, şərin əvəzinə də şər.