Ash-Shura surəsi, ayə 10

42:10

وَمَا ٱخۡتَلَفۡتُمۡ فِيهِ مِن شَيۡءٖ فَحُكۡمُهُۥٓ إِلَى ٱللَّهِۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبِّي عَلَيۡهِ تَوَكَّلۡتُ وَإِلَيۡهِ أُنِيبُ ١٠

Wamakhtalaftum fīhi min shay'in fahukmuhū ilallāhi dhālikumullāhu rabbī 'alayhi tawakkaltu wa ilayhi unīb

İxtilafa düşdüyünüz hər hansı bir şeyin hökmü ancaq Allaha aiddir. Bu, mənim Rəbbim olan Allahdır. Mən yalnız Ona təvəkkül etdim və yalnız Ona üz tuturam.

Təfsir

Ey insanlar, dininizin əsas yaxud ikinci dərəcəli məsələlərdə ixtilafa düşdüyünüz şey­lər barə­sində hökm vermək an­caq Allaha aid­dir. Belə məsələlərdə Onun kitabına və Rəsulunun (səllallahu aleyhi və səlləm) sünnəsinə qayıtmaq gərəkdir. Bu xislətləri özündə cəm edən varlıq, mənim Rəbbim olan Allahdır. Mən bütün işlərimdə yal­nız Ona etimad edir və tövbə edərək yal­nız Ona tərəf yönəlirəm.