لَهُۥ مَقَالِيدُ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۖ يَبۡسُطُ ٱلرِّزۡقَ لِمَن يَشَآءُ وَيَقۡدِرُۚ إِنَّهُۥ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ ١٢
Lahū maqālīdus-samāwāti wal-ardi yabsutur-rizqa liman yashā'u wayaqdiru innahū bikulli shay'in 'alīm
Göylərin və yerin açarları Ona məxsusdur. O, istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. O, hər şeyi biləndir.
Təfsir
Göylərin və yerin xəzinələrinin açarları təkcə Ona məxsusdur. O, Öz qullarından istədiyinin ruzisini bol etməklə onu imtahana çəkər, görsün, o, şükür eədəcək, yoxsa nankor olacaq? İstədiyininkini də azaltmaqla onu müsibətə düçar edər, görsün, o, səbir edəcək, yoxsa Allahın qədərinə qəzəblənəcək? Allah hər şeyi bilir. Qullarına məsləhət olan şeylərdən heç biri Ondan gizli qalmaz.