قَالُواْ لَا ضَيۡرَۖ إِنَّآ إِلَىٰ رَبِّنَا مُنقَلِبُونَ ٥٠
Qālū lā dayra innā ilā rabbinā munqalibūn
Onlar dedilər: “Zərər yox, biz (onsuz da) öz Rəbbimizə qayıdacağıq.
Təfsir
Sehribazlar Firona dedilər: "Bizi dünyada ikən asıb-kəsməklə hədə-qorxu gəlməyin bizə zərər verməz. Sənin verəcəyin əzab, keçici bir əzabdır. Biz onsuz da öz Rəbbimizə qayıdacağıq. O, bizi daimi olan rəhmətinə daxil edəcəkdir!"