Ash-Shu'ara surəsi, ayə 171

26:171

إِلَّا عَجُوزٗا فِي ٱلۡغَٰبِرِينَ ١٧١

Illā 'ajūzan fil-ghābirīn

Geridə qalanlar arasındakı yaşlı qadından (Lutun zövcəsindən) başqa.

Təfsir

Yalnız Lutun zövcəsindən başqa. Çünki o, kafir idi. Beləliklə də, o, geridə qalıb həlak olanlardan oldu.