إِلَّا مَنۡ هُوَ صَالِ ٱلۡجَحِيمِ ١٦٣
Illā man huwa sālil-jahīm
Ancaq Cəhənnəmə girəcək kimsədən başqa.
Təfsir
Allah kimin Cəhənnəm əhlindən olacağına qərar vermişdirsə, Allah onun barəsində verdiyi qərarını gerçəklədirəcək və o adam kafir olacaq, beləliklə də, Cəhənnəm oduna girəcək. Sizin və sizin ibadət etdiyiniz bütlərin isə buna qüdrəti çatmaz.