مِنَ ٱلَّذِينَ فَرَّقُواْ دِينَهُمۡ وَكَانُواْ شِيَعٗاۖ كُلُّ حِزۡبِۭ بِمَا لَدَيۡهِمۡ فَرِحُونَ ٣٢
Minal-ladhīna farraqū dīnahum wakānū shiya'an kullu hizbi bimā ladayhim farihūn
O kəslərdən ki, öz dinini bölüb firqələrə ayrıldılar. Hər firqə özündə olanlarla sevinər.
Təfsir
Dinlərini dəyişən, dinin tələblərinin bir qisminə iman gətirib, digərini inkar edən, firqələrə və dəstələrə böllünən müşriklərdən olmayın. Onlardan hər bir firqə öz batil əqidəsini üstün bilib sevinir və yalnız özlərinin haqq üzərində olduqlarını, digərlərinin isə batil yolda olduğunu güman edirlər.