وَإِذَا مَسَّ ٱلنَّاسَ ضُرّٞ دَعَوۡاْ رَبَّهُم مُّنِيبِينَ إِلَيۡهِ ثُمَّ إِذَآ أَذَاقَهُم مِّنۡهُ رَحۡمَةً إِذَا فَرِيقٞ مِّنۡهُم بِرَبِّهِمۡ يُشۡرِكُونَ ٣٣
Wa idhā massan-nāsa durrun da'aw rabbahum munībīna ilayhi thumma idhā adhāqahum minhu rahmatan idhā farīqum minhum birabbihim yushrikūn
İnsanlara bir zərər toxunduqda Rəbbinə üz tutub Ona yalvararlar. Sonra Allah onlara bir mərhəmət daddırdıqda isə onlardan bir dəstə Rəbbinə şərik qoşar.
Təfsir
Müşriklərə bir bəla, yaxud bir xəstəlik, yaxud da qıtlıq üz verdiyi zaman, acizanə şəkildə yalnız pak və müqəddəs Rəbbinə üz tutub Ona yalvarırlar ki, bu bəlanı onlardan uzaq eləsin. Sonra O, onlara rəhm edib bu bəlanı aradan qaldırdıqda, onların bir qismi dua edərkən Allahdan qeyrisini Ona şərik qoşur.