Ar-Rum surəsi, ayə 25

30:25

وَمِنۡ ءَايَٰتِهِۦٓ أَن تَقُومَ ٱلسَّمَآءُ وَٱلۡأَرۡضُ بِأَمۡرِهِۦۚ ثُمَّ إِذَا دَعَاكُمۡ دَعۡوَةٗ مِّنَ ٱلۡأَرۡضِ إِذَآ أَنتُمۡ تَخۡرُجُونَ ٢٥

Wamin āyātihī an taqūmas-samā'u wal-ardu bi amrihī thumma idhā da'ākum da'watam minal-ardi idhā antum takhrujūn

Göyün və yerin Onun əmri ilə öz yerlərində (sabit) qalması da Onun dəlillərindəndir. Sonra da sizi bir dəfə çağıran kimi (mələyin sura bir dəfə üfürməsi ilə) dərhal qəbirlərinizdən qalxıb çıxacaqsınız.

Təfsir

Pak və müqəddəs Allahın əmri ilə göyün və yerin öz yerlərində sabit qal­ması da Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərdəndir. Sonra Allah sizi - mələyin sura üfürməsi sayəsində - çağıran kimi haqq-hesaba çəkilmək və əməllərinizin əvəzini almaq üçün dər­hal qəbirləriniz­dən qal­xıb çıxacaq­sınız.