وَمِنۡ ءَايَٰتِهِۦ يُرِيكُمُ ٱلۡبَرۡقَ خَوۡفٗا وَطَمَعٗا وَيُنَزِّلُ مِنَ ٱلسَّمَآءِ مَآءٗ فَيُحۡيِۦ بِهِ ٱلۡأَرۡضَ بَعۡدَ مَوۡتِهَآۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَعۡقِلُونَ ٢٤
Wamin āyātihī yurīkumul-barqa khawfan watama'an wayunazzilu minas-samā'i mā'an fayuhyī bihil-arda ba'da mawtihā inna fī dhālika la'āyātil liqawmin ya'qilūn
Həm qorxu, həm də ümid vermək üçün ildırımı sizə göstərməsi, göydən su endirib yeri ölümündən sonra onunla diriltməsi də Onun dəlillərindəndir. Həqiqətən, bunda başa düşən bir qövm üçün dəlillər vardır.
Təfsir
Həm ölüm qorxusu, həm də yağışın yağacağına ümid vermək üçün ildırımı sizə göstərməsi, göydən yağış endirib qurumuş yeri canlandırması və orada bitkilər yetişdirməsi də Onun qüdrətinə və vəhdaniyyətinə dəlalət edən əzəmətli dəlillərdəndir. Həqiqətən də, bu deyilənlərdə başa düşən bir toplum üçün açıq-aydın dəlillər vardır. Onlar, öldükdən sonra haqq-hesaba çəkilməyin və əməllərin əvəzini almağın haqq olmasına bu dəlillərə əsaslanırlar.