وَهُوَ ٱلَّذِي مَدَّ ٱلۡأَرۡضَ وَجَعَلَ فِيهَا رَوَٰسِيَ وَأَنۡهَٰرٗاۖ وَمِن كُلِّ ٱلثَّمَرَٰتِ جَعَلَ فِيهَا زَوۡجَيۡنِ ٱثۡنَيۡنِۖ يُغۡشِي ٱلَّيۡلَ ٱلنَّهَارَۚ إِنَّ فِي ذَٰلِكَ لَأٓيَٰتٖ لِّقَوۡمٖ يَتَفَكَّرُونَ ٣
Wahuwal-ladhī maddal-arda waja'ala fīhā rawāsiya wa anhāran wamin kullith-thamarāti ja'ala fīhā zawjaynithnayni yughshil-laylan-nahāra inna fī dhālika la'āyātil liqawmin yatafakkarūn
Yer üzünü yayıb genişləndirən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda düşünən bir qövm üçün dəlillər vardır.
Təfsir
Yer üzünü yayıb genişləndirən, insanların orada sabit qalmaları üçün daim bir qərar tutan möhkəm dağları, insanların heyvan və əkin sahələrini suvarmaq üçün orada çaylar axıtan və orada hər növ meyvə və heyvanlardan erkək və dişi olmaqla cüt-cüt yaradan, gecəni gündüzlə örtərək nurlu, işıqlı olduqdan sonra zülmət qaranlığa çevirən Odur. Həqiqətən də, bu deyilənlərdə, Allahın yaratdıqları barədə düşünən bir qövm üçün açıq-aydın dəlillər vardır. Bu açıq-aydın dəlillərdən düşünüb ibrət alanlarda elə məhz onlardır!