ٱللَّهُ ٱلَّذِي رَفَعَ ٱلسَّمَٰوَٰتِ بِغَيۡرِ عَمَدٖ تَرَوۡنَهَاۖ ثُمَّ ٱسۡتَوَىٰ عَلَى ٱلۡعَرۡشِۖ وَسَخَّرَ ٱلشَّمۡسَ وَٱلۡقَمَرَۖ كُلّٞ يَجۡرِي لِأَجَلٖ مُّسَمّٗىۚ يُدَبِّرُ ٱلۡأَمۡرَ يُفَصِّلُ ٱلۡأٓيَٰتِ لَعَلَّكُم بِلِقَآءِ رَبِّكُمۡ تُوقِنُونَ ٢
Allāhul-ladhī rafa'as-samāwāti bighayri 'amadin tarawnahā thummastawā 'alal-'arshi wasakkharash-shamsa wal-qamara kullun yajrī li ajalim musamman yudabbirul-amra yufassilul-āyāti la'allakum biliqā'i rabbikum tūqinūn
Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşin üzərində ucalan, müəyyən vaxta qədər (göydə) hərəkət edən günəşi və ayı (əmrinə) tabe edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini (müfəssəl) izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız.
Təfsir
Gördüyünüz uca göyləri dirəksiz yaradan Allahdır. Sonra da keyfiyyəti və bənzəri bizim məlum olmayan, Özünə layiq olan şəkildə ərşə ucalmışdır. Günəşi və ayı məxluqatın mənfəti üçün onlara ram etmişdir. Günəş və ayın hər biri Allahın müəyyən etdiyi vaxta qədər göydə hərəkət etməkdədir. Uca Allah göylərdə və yerdə işləri istədiyi kimi yoluna qoymaqdadır. Uca Allah, Qiyamət günü Rəbbinizlə qarşılaşacağınza yəqin olmanız və o gün üçün saleh əməllər edərək hazırlaşmağınıza görə Onun qüdrətinə dəlalət edən ayələri beləcə açıq-aydın izah edər!