An-Nur surəsi, ayə 33

24:33

وَلۡيَسۡتَعۡفِفِ ٱلَّذِينَ لَا يَجِدُونَ نِكَاحًا حَتَّىٰ يُغۡنِيَهُمُ ٱللَّهُ مِن فَضۡلِهِۦۗ وَٱلَّذِينَ يَبۡتَغُونَ ٱلۡكِتَٰبَ مِمَّا مَلَكَتۡ أَيۡمَٰنُكُمۡ فَكَاتِبُوهُمۡ إِنۡ عَلِمۡتُمۡ فِيهِمۡ خَيۡرٗاۖ وَءَاتُوهُم مِّن مَّالِ ٱللَّهِ ٱلَّذِيٓ ءَاتَىٰكُمۡۚ وَلَا تُكۡرِهُواْ فَتَيَٰتِكُمۡ عَلَى ٱلۡبِغَآءِ إِنۡ أَرَدۡنَ تَحَصُّنٗا لِّتَبۡتَغُواْ عَرَضَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۚ وَمَن يُكۡرِههُّنَّ فَإِنَّ ٱللَّهَ مِنۢ بَعۡدِ إِكۡرَٰهِهِنَّ غَفُورٞ رَّحِيمٞ ٣٣

Walyasta'fifil-ladhīna lā yajidūna nikāhan hattā yughniyahumullāhu min fadlihī walladhīna yabtaghūnal-kitāba mimmā malakat aymānukum fakātibūhum in 'alimtum fīhim khayran wa ātūhum mim mālillāhil-ladhī ātākum walā tukrihū fatayātikum 'alal-bighā'i in aradna tahassunal litabtaghū 'aradal-hayawātid-dunyā waman yukrihhunna fa innallāha mim ba'di ikrāhihinna ghafūrur rahīm

Qoy evlənməyə imkanı olmayanlar, Allah Öz lütfü ilə onları varlandırana qədər, ismətlərini qorusunlar. Sahib olduğunuz kölələrdən mükatəbə etmək (əvvəlcədən bağlanılmış yazılı müqaviləyə əsasən köləlikdən azad olması üçün bədəl vermək) istəyənlərlə – əgər onlarda bir xeyir görürsünüzsə – onlarla mükatəbə edin. Allahın sizə verdiyi maldan onlara da verin. Əgər kənizləriniz ismətlərini qorumaq istəsələr, fani dünya malı əldə edəcəksiniz deyə onları zinakarlığa məcbur etməyin. Kim onları (bu işə) məcbur etsə, (bilsin ki,) onlar məcbur edildikdən sonra Allah (onları) bağışlayar və (onlara) rəhm edər.

Təfsir

Yoxsulluq səbəbindən evlənməyə imkanı ol­mayan­lar, Allah Öz geniş lütfü ilə on­la­rı var­lan­dı­rana qədər, is­mətlərini zinadan qoruyub saxlasınlar. Özlərini köləlikdən xilas edib, azadlığa qovuşmaq üçün mal verərək ağaları ilə mükatəbə (Mükatəbə sözü ərəb dilində: Qulun köləlikdən azad olması üçün ağası ilə müəyyən pul məbləği əsasında bağladığı bir sazişdir) etməyi tələb edənlər varsa, əgər ağaları onların dində saleh və bağlanan sazişi ödəyə biləcəyini zənn edərsə, bu zaman onlarla tələb etdikləri mükatəbə sazişini bağlasınlar. Qoy ağalar, kölələrin onlarla bağladıqları mükatəbənin bir qismini ödəmələri üçün Alla­hın onlara verdiyi mal­dan kölələrinə da versinlər. Nəbadə Abdullah bin Ubeyin, iffətli olub, zinadan uzaq duraraq, is­mətlərini qoru­maq istəyən iki cariyəsini zinaya məcbur etdirdiyi kimi, sizdə mal-dövlət əldə etməniz üçün öz cariyələrinizi zina­karlı­ğa məc­bur edəsiniz. Sizdən kim onları bu işə məc­bur etsə, bil­sin ki, onlar məcbur edil­dik­dən sonra Allah onların günahlarını ba­ğış­layar və onlara rəhm­ edər. Çünki onlar bu işi öz xoşları ilə deyil, əksinə, məcbur edilərək görmüşdülər, elə bu görə də günah onları bu işə məcbur edənin boynunadır.