An-Nur surəsi, ayə 34

24:34

وَلَقَدۡ أَنزَلۡنَآ إِلَيۡكُمۡ ءَايَٰتٖ مُّبَيِّنَٰتٖ وَمَثَلٗا مِّنَ ٱلَّذِينَ خَلَوۡاْ مِن قَبۡلِكُمۡ وَمَوۡعِظَةٗ لِّلۡمُتَّقِينَ ٣٤

Walaqad anzalnā ilaykum āyātim mubayyinātin wamathalam minal-ladhīna khalaw min qablikum wamaw'izatal lil-muttaqīn

Biz sizə açıq-aydın ayələr, sizdən əvvəl gəlib-gedənlər barəsində məsəllər və müttəqilər üçün öyüd-nəsihət nazil etdik.

Təfsir

Ey İnsanlar! Biz sizə içərisində heç bir qarışıqlıq olmayan, açıq-aydın ayə­lər nazil etdik. Sizin, sizdən öncə yaşamış mömin və kafir kimsələrin başlarına gələn hadisərdən ibrət almanız üçün onlardan sizə misallar çəkdik. Həmçinin, Allahın əmrlərini yerinə yetirib və qadağalarından çəkinərək Rəbbindən qorxan müt­təqilər üçün bir öyüd-nəsihət na­zil etdik.