An-Nur surəsi, ayə 26

24:26

ٱلۡخَبِيثَٰتُ لِلۡخَبِيثِينَ وَٱلۡخَبِيثُونَ لِلۡخَبِيثَٰتِۖ وَٱلطَّيِّبَٰتُ لِلطَّيِّبِينَ وَٱلطَّيِّبُونَ لِلطَّيِّبَٰتِۚ أُوْلَٰٓئِكَ مُبَرَّءُونَ مِمَّا يَقُولُونَۖ لَهُم مَّغۡفِرَةٞ وَرِزۡقٞ كَرِيمٞ ٢٦

Al-khabīthātu lil-khabīthīna wal-khabīthūna lil-khabīthāti wat-tayyibātu lit-tayyibīna wat-tayyibūna lit-tayyibāti ulā'ika mubarra'ūna mimmā yaqūlūna lahum maghfiratun warizqun karīm

Pis qadınlar pis kişilərə, pis kişilər isə pis qadınlara, eləcə də yaxşı qadınlar yaxşı kişilərə, yaxşı kişilər də yaxşı qadınlara layiqdirlər. Bunlar iftiraçıların söylədiklərindən uzaqdırlar. Onları bağışlanma və bolluca ruzi gözləyir.

Təfsir

Hər bir murdar kişi və murdar qadın özlərinə münasib olan murdar kişiyə və murdar qadına yaraşar və hər bir murdar söz və əməl ona münasib olan mur­dar kimsələrə yaraşar. Eyni şəkildə hər təmiz olan da, təmiz olana yaraşar. Təmiz kişilər və qa­dın­lar, murdar kişi və qadınların onlar barəsində söy­lədiklə­rindən uzaq­dırlar. Bu kimsələr üçün Allahdan günahlarının bağışlanması və gözəl bir ruzi vardır. Bu isə Cənnətdir.