An-Nur surəsi, ayə 27

24:27

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُواْ لَا تَدۡخُلُواْ بُيُوتًا غَيۡرَ بُيُوتِكُمۡ حَتَّىٰ تَسۡتَأۡنِسُواْ وَتُسَلِّمُواْ عَلَىٰٓ أَهۡلِهَاۚ ذَٰلِكُمۡ خَيۡرٞ لَّكُمۡ لَعَلَّكُمۡ تَذَكَّرُونَ ٢٧

Yā'ayyuhal-ladhīna āmanū lā tadkhulū buyūtan ghayra buyūtikum hattā tasta'nisū watusallimū 'alā ahlihā dhālikum khayrul lakum la'allakum tadhakkarūn

Ey iman gətirənlər! Özgə evlərə icazə almadan və onların sakinlərinə salam vermədən daxil olmayın. Bu sizin üçün daha yaxşıdır. Bəlkə, düşünüb ibrət alasınız.

Təfsir

Ey Allaha iman gətirib Onun şəriətinə əməl edən kimsələr! Nəbadə öz­gə evlərə daxil olmaq üçün ev sakinlərindən icazə almadan və on­lara sa­lam verib: "Əssəlamu aleykum, gəlmək olarmı?"- demədən daxil olmayın. Evə daxil olmazdan əvvəl icazə alaraq daxil olmaq, icazə almadan evə qəfildən daxil olmaqdan daha xeyirlidir. Bəlkə siz, Allahın bu əmrindən ibrət alıb, ona əməl edəsiniz.