يَوۡمَئِذٖ يُوَفِّيهِمُ ٱللَّهُ دِينَهُمُ ٱلۡحَقَّ وَيَعۡلَمُونَ أَنَّ ٱللَّهَ هُوَ ٱلۡحَقُّ ٱلۡمُبِينُ ٢٥
Yawma'idhin yuwaffīhimullāhu dīnahumul-haqqa waya'lamūna annallāha huwal-haqqul-mubīn
O gün Allah onlara özlərinə layiq cəzanı tam verəcək və onlar Allahın açıq-aşkar haqq olduğunu biləcəklər.
Təfsir
Məhz o gün uca Allah onlara ədalətli şəkildə layiq olduqları cəzanı verəcək və onlarda Allahın haqq olduğunu biləcəklər. Bilin ki, uca Allahın xəbər verdiyi hər bir söz yaxud vəd yaxud təhdid, şəkk-şübhə olmayan açıq-aydın bir haqdır.