يَوۡمَ تَشۡهَدُ عَلَيۡهِمۡ أَلۡسِنَتُهُمۡ وَأَيۡدِيهِمۡ وَأَرۡجُلُهُم بِمَا كَانُواْ يَعۡمَلُونَ ٢٤
Yawma tashhadu 'alayhim alsinatuhum wa aydīhim wa arjuluhum bimā kānū ya'malūn
Qiyamət günü dilləri, əlləri və ayaqları etdikləri əməllər barəsində onların əleyhinə şəhadət verəcəkdir.
Təfsir
Qiyamət günü dilləri, dünyada ikən danışdıqları batil şeylər barəsində onların əleyhinə şəhadət verəcəkdir. Eyni şəkildə də əlləri və ayaqları etdikləri günahlar barəsində onların əleyhinə şəhadət verəcəkdir.