An-Nisa surəsi, ayə 98

4:98

إِلَّا ٱلۡمُسۡتَضۡعَفِينَ مِنَ ٱلرِّجَالِ وَٱلنِّسَآءِ وَٱلۡوِلۡدَٰنِ لَا يَسۡتَطِيعُونَ حِيلَةٗ وَلَا يَهۡتَدُونَ سَبِيلٗا ٩٨

Illal-mustad'afīna minar-rijāli wan-nisā'i wal-wildāni lā yastatī'ūna hīlatan walā yahtadūna sabīlā

Yalnız (zülmə qarşı) çarə qılmağa qadir olmayan və (hicrət etməyə) yol tapa bilməyən zəif kişilər, qadınlar və uşaqlar müstəsnadır.

Təfsir

98 - 99. Bu əzabdan yalnız, özlərini zülmdən və haqsızlıqdan müdafiə etməyə qadir olmayan və öz canlarını haqsızlıqdan qutarmaq üçün yol tapa bilməyən və üzürlü səbəbdən hicrət edə bilməyən zəif kişilər, qadınlar və uşaqlar is­tis­nadır. Ola bilsin ki, Allah Öz rəhməti və lütfü ilə onları əfv etsin. Şübhəsiz ki, Allah qullarını əfv edən­dir, onlardan tövbə edəni isə ba­ğış­layandır.