وَلَئِنۡ أَصَٰبَكُمۡ فَضۡلٞ مِّنَ ٱللَّهِ لَيَقُولَنَّ كَأَن لَّمۡ تَكُنۢ بَيۡنَكُمۡ وَبَيۡنَهُۥ مَوَدَّةٞ يَٰلَيۡتَنِي كُنتُ مَعَهُمۡ فَأَفُوزَ فَوۡزًا عَظِيمٗا ٧٣
Wala'in asābakum fadlum minallāhi layaqūlanna ka al lam takum baynakum wabaynahū mawaddatun yālaytanī kuntu ma'ahum fa afūza fawzan 'azīmā
Əgər Allahdan sizə bir lütf yetişərsə, sanki sizinlə onun arasında heç bir dostluq yoxmuş kimi: “Kaş mən də onlarla birlikdə olub böyük bir uğur qazanaydım!”– deyər.
Təfsir
Ey Müsəlmanlar! Əgər Allahdan sizə yardım yaxud qənimət əldə etmək kimi bir lütf yetişərsə, cihaddan qeri qalan kimsə sanki o, sizdən deyil və sizinlə onun arasında heç bir məhəbbət, dostluq yoxmuş kimi: "Kaş, mən də bu döyüşdə onlarla birlikdə olub onların qazandığı kimi məndə qənimətdən böyük bir pay qazanaydım!"– deyər.