An-Nisa surəsi, ayə 72

4:72

وَإِنَّ مِنكُمۡ لَمَن لَّيُبَطِّئَنَّ فَإِنۡ أَصَٰبَتۡكُم مُّصِيبَةٞ قَالَ قَدۡ أَنۡعَمَ ٱللَّهُ عَلَيَّ إِذۡ لَمۡ أَكُن مَّعَهُمۡ شَهِيدٗا ٧٢

Wa inna minkum lamal layubatti'anna fa in asābatkum musībatun qāla qad an'amallāhu 'alayya idh lam akum ma'ahum shahīdā

Həqiqətən, içərinizdə, (cihada çıxdıqda) ləng tərpənən və sizə bir müsibət üz verdikdə: “Allah mənə lütf etdi ki, mən onlarla birlikdə (bəlaya düçar) olmadım”– deyənlər də vardır.

Təfsir

Ey Müsəlmanlar! İçərinizdə elələri də var ki, düşməninizə qarşı döyüşə çıxdıqda qorxularından ləng tərpənər həm də başqalarını ləngidərlər. Onlar münafiqlər və imanı zəyif kimsələrdir. Əgər döyüşdə sizdən kimsə qətlə yetirilərsə və ya sizə bir müsibət üz verərsə, onlardan bəziləri salamat qaldığına sevinərək: "Allah mə­nə lütf etdi, on­larla birlikdə döyüşə getmədim, yoxsa onların başına gələn bəlaya məndə düçar ol­madım"– deyər.