An-Nisa surəsi, ayə 69

4:69

وَمَن يُطِعِ ٱللَّهَ وَٱلرَّسُولَ فَأُوْلَٰٓئِكَ مَعَ ٱلَّذِينَ أَنۡعَمَ ٱللَّهُ عَلَيۡهِم مِّنَ ٱلنَّبِيِّـۧنَ وَٱلصِّدِّيقِينَ وَٱلشُّهَدَآءِ وَٱلصَّٰلِحِينَۚ وَحَسُنَ أُوْلَٰٓئِكَ رَفِيقٗا ٦٩

Waman yuti'illāha war-rasūla fa ulā'ika ma'al-ladhīna an'amallāhu 'alayhim minan-nabiyyina was-siddīqīna wash-shuhadā'i was-sālihīna wahasuna ulā'ika rafīqā

Allaha və Peyğəmbərə itaət edənlər – məhz onlar Allahın nemət bəxş etdiyi peyğəmbərlər, siddiqlər, şəhidlər və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar necə də gözəl dostlardır!

Təfsir

Allaha və Peyğəmbərə - səllallahu aleyhi və səlləm - itaət edən kəs Allahın cənnətə daxil olma ne­mətini bəxş et­di­yi pey­ğəm­bər­lər­, peyğəmbərlərin gətirdikləri təsdiqləməkdə və bu təsdiqə əməl etməkdə kamil həddə çatmış siddiqlər, Allah yolunda öldürülən şə­hid­lər və zahirən və batinən saleh olub saleh işlər görən əməli­sa­leh­lərlə bir­likdə olar. Onlar cənnətdə necə də gözəl dost­lardır!