وَلَهَدَيۡنَٰهُمۡ صِرَٰطٗا مُّسۡتَقِيمٗا ٦٨
Walahadaynāhum sirātam mustaqīmā
və onları doğru yola yönəldərdik.
Təfsir
66 - 68. Əgər Biz onlara bir-birinlərini öldürməyi, yaxud yurdlarından çıxmağı fərz etsəydik, onlardan az bir qismi istisna olmaqla, əmrimizi yerinə yetirməzdilər. Qoy onlar, Allah onları qüvvəsi çatmadığı işlə mükəlləf etmədiyinə görə Allaha həmd etsinlər. Əgər onlar Allaha itaət etmək üçün özlərinə verilən öyüd-nəsihətlərə əməl etsəydilər, bu, onlar üçün müxalif olmalarından daha xeyirli və imanlarında sabitqədəmlik baxımından daha güclü olardı və Biz onlara Öz dərgahımızdan böyük savab bəxş edərdik və həmçinin onları Allaha və Onun cənnətinə aparan yola müvəffəq edərdik.