فَكَيۡفَ إِذَآ أَصَٰبَتۡهُم مُّصِيبَةُۢ بِمَا قَدَّمَتۡ أَيۡدِيهِمۡ ثُمَّ جَآءُوكَ يَحۡلِفُونَ بِٱللَّهِ إِنۡ أَرَدۡنَآ إِلَّآ إِحۡسَٰنٗا وَتَوۡفِيقًا ٦٢
Fakayfa idhā asābathum musībatu bimā qaddamat aydīhim thumma jā'ūka yahlifūna billāhi in aradnā illā ihsānan watawfīqā
Öz əlləri ilə törətdikləri günahlara görə onlara müsibət üz verdikdən sonra sənin yanına gəlib: “Biz ancaq yaxşılıq etmək və (mübahisə edənləri) barışdırmaq istədik!”– deyə Allaha and içdikdə, onların halı necə olacaq?
Təfsir
Ey Peyğəmbər! Etdikləri günahlar səbəbindən onlara müsibət üz verdikdən sonra sənin yanına gəlib: "Biz öz aramızda səndən başqasını hakim təyin etməklə ancaq yaxşılıq etmək və mübahisə edənləri barışdırmaqı qəsd etdik"– deyə Allaha and içib, səndən üzürxahlıq etdikdə, münafiqlərin halı necə olacaq?! Onlar yalan danışırlar, çünki yaxşılıq etmək, insanlar arasında Allahın şəriəti ilə hökm verməkdədir.