أَلَمۡ تَرَ إِلَى ٱلَّذِينَ يُزَكُّونَ أَنفُسَهُمۚ بَلِ ٱللَّهُ يُزَكِّي مَن يَشَآءُ وَلَا يُظۡلَمُونَ فَتِيلًا ٤٩
Alam tara ilal-ladhīna yuzakkūna anfusahum balillāhu yuzakkī man yashā'u walā yuzlamūna fatīlā
Özlərini təmizə çıxaranları görmürsənmi? Xeyr, Allah istədiyini təmizə çıxardar və onlara xurma çəyirdəyindəki lif qədər haqsızlıq edilməz.
Təfsir
Ey Peyğəmbər! Özlərini və əməllərini təmizə çıxarıb, özlərini tərif edənləri görmürsənmi?! Xeyr! Tək Allahdır qullarından istədiyini təmizə çıxaran, tərifləyən. Çünki qəlblərdə qizli qalanı bilən Odur. Onlara xurma çərdəyindəki lif qədər də olsa belə əməllərinin savabları naqis edilərək haqsızlıq edilməz.