إِنَّ ٱللَّهَ لَا يَغۡفِرُ أَن يُشۡرَكَ بِهِۦ وَيَغۡفِرُ مَا دُونَ ذَٰلِكَ لِمَن يَشَآءُۚ وَمَن يُشۡرِكۡ بِٱللَّهِ فَقَدِ ٱفۡتَرَىٰٓ إِثۡمًا عَظِيمًا ٤٨
Innallāha lā yaghfiru an yushraka bihī wayaghfiru mā dūna dhālika liman yashā'u waman yushrik billāhi faqadiftarā ithman 'azīmā
Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını əsla bağışlamaz, (amma) bundan başqa olan günahları isə istədiyi şəxsə bağışlayar. Allaha şərik qoşan şəxs böyük bir günah edərək iftira atmış olur.
Təfsir
Allah hansısa bir məxluqu Özünə şərik qoşulmasını əsla bağışlamaz, şirk və küfürdən başqa olan günahları isə Öz lütfü ilə istədiyi kimsəyə bağışlayar yaxud ədaləti ilə istədiyi kimsəyə etdiyi günahı qədər əzab verər. Allahla yanaşı Allaha şərik qoşan kəs böyük bir günah etməklə iftira atmış olur və kim bu halda ölərsə, bağışlanmaz.