يَٰٓأَيُّهَا ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ ءَامِنُواْ بِمَا نَزَّلۡنَا مُصَدِّقٗا لِّمَا مَعَكُم مِّن قَبۡلِ أَن نَّطۡمِسَ وُجُوهٗا فَنَرُدَّهَا عَلَىٰٓ أَدۡبَارِهَآ أَوۡ نَلۡعَنَهُمۡ كَمَا لَعَنَّآ أَصۡحَٰبَ ٱلسَّبۡتِۚ وَكَانَ أَمۡرُ ٱللَّهِ مَفۡعُولًا ٤٧
Yā'ayyuhal-ladhīna ūtul-kitāba āminū bimā nazzalnā musaddiqal limā ma'akum min qabli an natmisa wujūhan fanaruddahā 'alā adbārihā aw nal'anahum kamā la'annā ashābas-sabti wakāna amrullāhi maf'ūlā
Ey Kitab verilmişlər! Üzləri sıyırıb (dümdüz edərək) arxalarına çevirməmişdən, yaxud şənbə əhlini lənətlədiyimiz kimi onları da lənətləməmişdən öncə, sizə göndərilənləri təsdiqləyici olaraq nazil etdiyimiz Qurana iman gətirin! Allahın əmri mütləq yerinə yetəcəkdir.
Təfsir
Ey Yəhidlərdən və nəsranilərdən özlərinə kitab verilmiş kimsələr! Biz, üzlərdə olan hissiyatı silib, üzlərini arxalarına tərəf çevirməmişdən, yaxud şənbə günü, onlara ov etmək qadağan edildikdən sonra həddi aşıb, ov edən və bu əməllərinə görə Allah onları meymuna döndərən şənbə əhlini Allahın rəhmətindən qovduqumuz kimi onları da rəhmətimizdən qovmazdan əvvəl yanınızda olan Tövratı və İncili təsdiqləyən olaraq gələn, Muhəmmədə - sallallahu aleyhi və səlləm - nazil etdiyimizə iman gətirin! Uca Allahın əmri və yazdığı qədəri mütləq yerinə yetəcəkdir və buna heç bir şübhə ola bilməz.