وَلَيۡسَتِ ٱلتَّوۡبَةُ لِلَّذِينَ يَعۡمَلُونَ ٱلسَّيِّـَٔاتِ حَتَّىٰٓ إِذَا حَضَرَ أَحَدَهُمُ ٱلۡمَوۡتُ قَالَ إِنِّي تُبۡتُ ٱلۡـَٰٔنَ وَلَا ٱلَّذِينَ يَمُوتُونَ وَهُمۡ كُفَّارٌۚ أُوْلَٰٓئِكَ أَعۡتَدۡنَا لَهُمۡ عَذَابًا أَلِيمٗا ١٨
Walaysatit-tawbatu lilladhīna ya'malūnas-sayyi'āti hattā idhā hadara ahadahumul-mawtu qāla innī tubtul-'ana walal-ladhīna yamūtūna wahum kuffārun ulā'ika a'tadnā lahum 'adhāban alīmā
Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!”– deyənlərlə, kafir kimi ölənlərin tövbəsi qəbul deyildir. Biz belələri üçün ağrılı-acılı bir əzab hazırlamışıq.
Təfsir
Allah, asi işlər görməkdə davam edib, özlərinə olüm gələnədək tövbə etməyən və nəhayət, can boğaza yetişdikdə tövbə edərək: "Mən etdiyim günahlardan indi tövbə etdim!"– deyənlərlə, həmçinin küfürlərində israr edərək ölənlərin tövbəsi qəbul etməz. Bu kimsələr, günahlarda israrlı olan asi kimsələrdir. Biz, günah işlər görməkdə israrlı olan asilər və kafir olaraq ölənlər üçün ağrılı-acılı bir əzab hazırlamışıq.