۞ إِنَّآ أَوۡحَيۡنَآ إِلَيۡكَ كَمَآ أَوۡحَيۡنَآ إِلَىٰ نُوحٖ وَٱلنَّبِيِّـۧنَ مِنۢ بَعۡدِهِۦۚ وَأَوۡحَيۡنَآ إِلَىٰٓ إِبۡرَٰهِيمَ وَإِسۡمَٰعِيلَ وَإِسۡحَٰقَ وَيَعۡقُوبَ وَٱلۡأَسۡبَاطِ وَعِيسَىٰ وَأَيُّوبَ وَيُونُسَ وَهَٰرُونَ وَسُلَيۡمَٰنَۚ وَءَاتَيۡنَا دَاوُۥدَ زَبُورٗا ١٦٣
Innā awhaynā ilayka kamā awhaynā ilā nūhin wan-nabiyyina mim ba'dihī wa awhaynā ilā ibrāhīma wa ismā'īla wa ishāqa waya'qūba wal-asbāti wa'īsā wa ayyūba wayūnusa wahārūna wasulaymāna wa ātaynā dāwūda zabūrā
Biz Nuha və ondan sonrakı peyğəmbərlərə vəhy etdiyimiz kimi, sənə də vəhy etdik. Biz İbrahimə, İsmailə, İshaqa, Yəquba və onun nəslinə, İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik.
Təfsir
ُEy Peyğəmbər! Səndən əvvəlki peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. Sən peyğəmbərlərin birincisi deyilsən. Biz Nuha və ondan sonra gələn peyğəmbərlərə, İbrahimə, onun iki oğlu: İsmailə və İshaqa, İshaqın oğlu Yəquba və əsbata (yəni Yəqubun - aleyhissəlam - nəslindən gələn, on iki bənu-İsrail qəbilələrindən olan peyğəmbərlərə) da vəhy etdik. Biz İsaya, Əyyuba, Yunusa, Haruna və Süleymana da vəhy etdik. Davuda da Kitabı - Zəburu verdik.