إِلَّا ٱلَّذِينَ تَابُواْ وَأَصۡلَحُواْ وَٱعۡتَصَمُواْ بِٱللَّهِ وَأَخۡلَصُواْ دِينَهُمۡ لِلَّهِ فَأُوْلَٰٓئِكَ مَعَ ٱلۡمُؤۡمِنِينَۖ وَسَوۡفَ يُؤۡتِ ٱللَّهُ ٱلۡمُؤۡمِنِينَ أَجۡرًا عَظِيمٗا ١٤٦
Illal-ladhīna tābū wa aslahū wa'tasamū billāhi wa akhlasū dīnahum lillāhi fa ulā'ika ma'al-mu'minīna wasawfa yu'tillāhul-mu'minīna ajran 'azīmā
(Bundan) yalnız tövbə edib, (özlərini) islah edənlər, Allahdan möhkəm yapışanlar və öz dinlərini Allaha məxsus edənlər müstəsnadır. Bu kimsələr möminlərlə bərabərdirlər. Allah möminlərə böyük mükafat verəcəkdir.
Təfsir
Münafiqlikdən tövbə edib Allaha qayıdanlar, qəlblərini islah edənlər, Allahın əhdindən yapışanlar və öz əməlini riyakarlıq etmədən yalnız Allah üçün edənlər istisnadır. Məhz bu sifətlərə sahib olan kisələr dünyada və axirətdə möminlərlə bərabərdirlər. Allah möminlərə böyük savab verəcəkdir.