An-Nisa surəsi, ayə 13

4:13

تِلۡكَ حُدُودُ ٱللَّهِۚ وَمَن يُطِعِ ٱللَّهَ وَرَسُولَهُۥ يُدۡخِلۡهُ جَنَّٰتٖ تَجۡرِي مِن تَحۡتِهَا ٱلۡأَنۡهَٰرُ خَٰلِدِينَ فِيهَاۚ وَذَٰلِكَ ٱلۡفَوۡزُ ٱلۡعَظِيمُ ١٣

Tilka hudūdullāhi waman yuti'illāha warasūlahū yudkhilhu jannātin tajrī min tahtihal-anhāru khālidīna fīhā wadhālikal-fawzul-'azīm

Bunlar Allahın (qoyduğu) hüdudlardır. Kim Allaha və Onun rəsuluna itaət edərsə, Allah onu (ağacları və qəsrləri) altından çaylar axan, içində əbədi qalacağı cənnətlərə daxil edər. Bu, böyük uğurdur.

Təfsir

Yetimlər və onlardan başqaları baradə deyilən bu əhkamlar Allahın şəriətidir. Allah bu əhkamları qullarının əməl etməsi üçün qanun etmişdir. Kim Allahın əmrlərinə tabe olub, qadağanlardan çəkinməklə Allaha və Onun rəsuluna - səllallahu aleyhi və səlləm - itaət edərsə, Allah onu ağacları və qəsrləri altından çay­lar axan, heç vaxt yox olmayan, için­də əbədi qalacağı Cən­nətlərə da­xil edər. Bu İlahi mükafat, ona oxşar heç bir uğur olmayan, böyük bir uğurdur.