يُوصِيكُمُ ٱللَّهُ فِيٓ أَوۡلَٰدِكُمۡۖ لِلذَّكَرِ مِثۡلُ حَظِّ ٱلۡأُنثَيَيۡنِۚ فَإِن كُنَّ نِسَآءٗ فَوۡقَ ٱثۡنَتَيۡنِ فَلَهُنَّ ثُلُثَا مَا تَرَكَۖ وَإِن كَانَتۡ وَٰحِدَةٗ فَلَهَا ٱلنِّصۡفُۚ وَلِأَبَوَيۡهِ لِكُلِّ وَٰحِدٖ مِّنۡهُمَا ٱلسُّدُسُ مِمَّا تَرَكَ إِن كَانَ لَهُۥ وَلَدٞۚ فَإِن لَّمۡ يَكُن لَّهُۥ وَلَدٞ وَوَرِثَهُۥٓ أَبَوَاهُ فَلِأُمِّهِ ٱلثُّلُثُۚ فَإِن كَانَ لَهُۥٓ إِخۡوَةٞ فَلِأُمِّهِ ٱلسُّدُسُۚ مِنۢ بَعۡدِ وَصِيَّةٖ يُوصِي بِهَآ أَوۡ دَيۡنٍۗ ءَابَآؤُكُمۡ وَأَبۡنَآؤُكُمۡ لَا تَدۡرُونَ أَيُّهُمۡ أَقۡرَبُ لَكُمۡ نَفۡعٗاۚ فَرِيضَةٗ مِّنَ ٱللَّهِۗ إِنَّ ٱللَّهَ كَانَ عَلِيمًا حَكِيمٗا ١١
Yūsīkumullāhu fī awlādikum lidh-dhakari mithlu hazzil-unthayayni fa in kunna nisā'an fawqathnatayni falahunna thuluthā mā taraka wa in kānat wāhidatan falahan-nisfu wali'abawayhi likulli wāhidim minhumas-sudusu mimmā taraka in kāna lahū waladun fa il lam yakul lahū waladun wawarithahū abawāhu fali'ummihith-thuluthu fa in kāna lahū ikhwatun fali'ummihis-sudusu mim ba'di wasiyyatin yūsī bihā aw daynin ābā'ukum wa abnā'ukum lā tadrūna ayyuhum aqrabu lakum naf'an farīdatam minallāhi innallāha kāna 'alīman hakīmā
Allah sizə övladlarınız haqqında, kişiyə iki qadının payı qədər pay verilməsini buyurur. Əgər qadınlar ikidən artıq sayda qadındırsa, (vəfat edənin) qoyub getdiyi malın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qadındırsa, (mirasın) yarısı ona çatır. (Ölənin) övladı olduğu təqdirdə, onun valideynlərindən hər birinə, qoyub getdiyi (malın) altıda bir hissəsi çatır. Əgər onun övladı yoxdursa, varisi də ancaq valideynləridirsə, onun anasına (mirasının) üçdə bir hissəsi düşür. Əgər (ölənin) qardaşları və (ya bacıları) varsa, onun anasına (mirasın) altıda bir hissəsi düşür. Bu bölgü ölənin vəsiyyəti yerinə yetirildikdən və borcu ödənildikdən sonra aparılır. Valideynlərinizdən və övladlarınızdan hansının fayda baxımından sizə daha yaxın olduğunu siz bilməzsiniz. Bunlar Allah tərəfindən fərz buyrulmuş paylardır. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir.
Təfsir
Allah sizdən övladlarınızın miras payı barədə sizdən əhd alaraq əmr edir ki, miras onların arasında bir kişiyə iki qadının payı qədər pay verilərək bölünməlidir. Əgər ölən şəxsin oğlu yoxdursa və övladlar iki və ya ikidən artıq sayda qadındırsa, vəfat edənin qoyub getdiyi malın üçdə iki hissəsi onlara çatır. Əgər təkcə bir qadındırsa, mirasın yarısı ona çatır. Ölənin istər kişi istər qadın övladı olduğu təqdirdə, onun ata-anasının hər birinə, qoyub getdiyi malın altıda bir hissəsi çatır. Əgər onun istər kişi istər qadın övladı yoxdursa, varisi də ancaq ata-anasıdırsa, onun anasına mirasının üçdə bir hissəsi, mirasın qalan hissəsi isə atasına çatır. Əgər ölənin iki və ya daha çox, doğma və ya ögey qardaşları və ya bacıları varsa, onun anasına fərz olaraq mirasın altıda bir hissəsi, mirasın qalan bütün hissəsi isə atanın payına çatır. Bu zaman qardaşların mirasdan payı yoxdur. Bu bölgü ölənin vəsiyyəti yerinə yetirildikdən və borcu ödənildikdən sonra aparılır. Lakin bu vəsiyyətə, malın üçdə birinidən artıq olmaması şərti ilə əməl olunur. Valideynlərinizdən və övladlarınızdan hansının dünya və axirətdə fayda baxımından sizə daha yaxın olduğunu bilmədiyiniz üçün uca Allah miras bölgüsünü bu qayda üzərində etmişdir. Bəzən ölən şəxs varislərdən bəzisinin ona daha yaxın olduğunu zənn edib, malının hamısın ona bağışlayır yaxud başqa bir varisinin ona uzaq olduğunu zənn edib, onu miras payından məhrum edir, amma hal-vəziyyət həqiqətdə isə tam əksinədir. Bunların hanısından xəbəri olan, Ona heç bir şeyi gizli qalmayan yalnız tək Allahdır. Elə məhz bu baxımdan da Allah mirası varislər arasında yuxarıda qeyd edildiyi qayda üzrə Özü bölmüş və bu bölgünü qullarına fərz buyurmuş. Həqiqətən, Allah hər şeyi biləndir, qullarının əməllərindən Ona heç bir şey gizli qalmaz, şəri hökmlərində və idarə etməsində hikmət sahibidir.