An-Nisa surəsi, ayə 12

4:12

۞ وَلَكُمۡ نِصۡفُ مَا تَرَكَ أَزۡوَٰجُكُمۡ إِن لَّمۡ يَكُن لَّهُنَّ وَلَدٞۚ فَإِن كَانَ لَهُنَّ وَلَدٞ فَلَكُمُ ٱلرُّبُعُ مِمَّا تَرَكۡنَۚ مِنۢ بَعۡدِ وَصِيَّةٖ يُوصِينَ بِهَآ أَوۡ دَيۡنٖۚ وَلَهُنَّ ٱلرُّبُعُ مِمَّا تَرَكۡتُمۡ إِن لَّمۡ يَكُن لَّكُمۡ وَلَدٞۚ فَإِن كَانَ لَكُمۡ وَلَدٞ فَلَهُنَّ ٱلثُّمُنُ مِمَّا تَرَكۡتُمۚ مِّنۢ بَعۡدِ وَصِيَّةٖ تُوصُونَ بِهَآ أَوۡ دَيۡنٖۗ وَإِن كَانَ رَجُلٞ يُورَثُ كَلَٰلَةً أَوِ ٱمۡرَأَةٞ وَلَهُۥٓ أَخٌ أَوۡ أُخۡتٞ فَلِكُلِّ وَٰحِدٖ مِّنۡهُمَا ٱلسُّدُسُۚ فَإِن كَانُوٓاْ أَكۡثَرَ مِن ذَٰلِكَ فَهُمۡ شُرَكَآءُ فِي ٱلثُّلُثِۚ مِنۢ بَعۡدِ وَصِيَّةٖ يُوصَىٰ بِهَآ أَوۡ دَيۡنٍ غَيۡرَ مُضَآرّٖۚ وَصِيَّةٗ مِّنَ ٱللَّهِۗ وَٱللَّهُ عَلِيمٌ حَلِيمٞ ١٢

Walakum nisfu mā taraka azwājukum il lam yakul lahunna waladun fa in kāna lahunna waladun falakumur-rubu'u mimmā tarakna mim ba'di wasiyyatin yūsīna bihā aw daynin walahunnar-rubu'u mimmā taraktum il lam yakul lakum waladun fa in kāna lakum waladun falahunnath-thumunu mimmā taraktum mim ba'di wasiyyatin tūsūna bihā aw daynin wa in kāna rajulun yūrathu kalālatan awimra'atun walahū akhun aw ukhtun falikulli wāhidim minhumas-sudusu fa in kānū akthara min dhālika fahum shurakā'u fith-thuluthi mim ba'di wasiyyatin yūsā bihā aw daynin ghayra mudārrin wasiyyatam minallāhi wallāhu 'alīmun halīm

Əgər (vəfat etmiş) zövcələrinizin övladı yoxdursa, onların vəsiyyəti yerinə yetirildikdən və borcu ödənildikdən sonra, qoyub getdikləri malın yarısı sizindir. Onların övladı olduğu təqdirdə isə qoyub getdiklərinin dörddə bir hissəsi sizə çatır. Əgər sizin övladınız yoxdursa, vəsiyyətiniz yerinə yetirildikdən və borcunuz ödənildikdən sonra, qoyub getdiyiniz malın dörddə bir hissəsi zövcələrinizindir. Övladınız olduğu təqdirdə isə qoyub getdiyiniz malın səkkizdə bir hissəsi zövcələrinizə çatır. (Vəfat etmiş) kişinin və ya qadının atası, övladı olmadığı halda malı varislərə qalarsa (və eyni anadan) bir qardaşı yaxud bir bacısı varsa, bu halda onların hər birinə mirasın altıda bir hissəsi düşür. Əgər onlar (sayca) bundan artıq olsalar, (mirasın) üçdə birinə şərikdirlər. Bu bölgü, varislərə zərər yetirməmək şərti ilə, vəsiyyətin yerinə yetirilməsindən və borcun ödənilməsindən sonra aparılır. Bunlar Allah tərəfindən bir buyruqdur. Allah (hər şeyi) biləndir, həlimdir.

Təfsir

Ey kişilər! Əgər vəfat etmiş zövcə­lə­ri­nizin - oğlan və ya qız, sizdən və ya qeyrisindən olmasından aslı olmayaraq - öv­ladı yoxdursa, qo­­yub getdikləri malın yarısı si­zin­dir. Onla­rın - oğlan və ya qız olmasından aslı olmayaraq - övladı olduğu təqdirdə isə qo­­yub getdiklərinin dörddə bir his­sə­si sizə çatır. Bu bölgü, on­la­rın və­siy­yəti yeri­nə yetiril­dik­dən və borcu ödənildik­dən sonra bölünməlidir. Ey kişilər! Əgər sizin -zövcələrinizdən, oğlan və ya qız, sizdən və ya qeyrisindən olmasından aslı olmayaraq- öv­­la­­dı­nız yox­dursa, qo­yub get­diyiniz malın dörd­də bir his­səsi zövcə­lə­rinizindir. Övladınız - oğlan və ya qız olmasından aslı olmayaraq - olduğu təqdirdə isə qo­yub get­di­yi­niz malın sək­­kizdə bir his­səsi zövcələrinizə çatır. Bu bölgü, və­siy­yə­tiniz ye­rinə yetiril­dikdən və bor­cu­nuz ödə­­nil­dikdən son­ra bölünməlidir. Əgər vəfat etmiş kişi­nin və ya qadı­nın va­li­deyni və övladı olmadığı halda malı varislərə qa­lar­sa və eyni ana­dan bir qar­da­şı yaxud bir bacısı varsa, onda eyni ana­dan bir qar­da­ş və bacının hər birinə fərz olaraq mi­rasın altıda bir his­səsi düşür. Əgər eyni anadan olan qardaş və bacılar sayca bun­­dan artıq olsalar, bu zaman onların hamısına, fərz olaraq mi­rasın üçdə biri düşür və onların kişi və qadın alması arasında heç bir fərq qoyulmadan onlar bu üçdə bi­rinə şərik­dir­lər. Onlar bu bölgüdən olan miras paylarını, va­ris­lərə zərər ye­tir­məmək üçün, vəsiyyəti malın üçdə birindən çox etməmək şərti ilə, və­siy­yətin ye­ri­nə yeti­ril­mə­sin­dən və bor­cun ödə­nil­mə­sindən son­ra götürməlidirlər. Ayənin əhatə etdiyi bu hökm, Allah tərə­fin­dən sizə vacib edilən bir buyruqdur. Allah qulları üçün dünya və axirətdə nəyin xeyirli olduğunu daha yaxşı bi­lən­dir, hə­limdir günahkar isana əzab verməyə tələsməz.